Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“2018-ci il bizim dostumuzun səfəri ilə başlayır”- İlham Əliyev



“Azərbaycan və Bolqarıstan arasında çox sıx, dostluq münasibətləri qurulub və bu münasibətlər bizim səylərimizlə möhkəmlənir”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Biz bu gün siyasət və enerji sahələrində bir çox mühüm ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqındakı sədrliyi münasibətilə təbrik etdim. Bu, ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əminəm ki, siz bu mühüm vəzifənin öhdəsindən layiqincə gələcəksiniz”.

Azərbaycan Prezidenti bildirib ki, bu gün nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi və enerji sahələrində mühüm məsələlər müzakirə ediləcək:

“Bizi bir çox şeylər birləşdirir, bizi birləşdirən əsas dəyərlər isə xalqlarımız və ölkələrimizin rəhbərlikləri arasında dostluq münasibətləridir. Çox şadam ki, 2018-ci il bizim dostumuzun səfəri ilə başlayır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений