Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“AMEA ləğv edilsin: “Bu adı çəkəndə ancaq ucuz yeməkxanası yada düşür”- TƏKLİF



“Azərbaycan Milli Elmlər Akademiyası ləğv edilməlidir”.

Cebhe.info xəbər verir ki, bu fikirlə AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, ölkəmizdə elmin inkişafı istiqamətində irəliləyiş yoxdur. Gənclər özlərini elmə fəda etmək istəmirlər. Çünki bu səhədə sosial rifahı yüksəltmək üçün şərait yoxdur:

“Gənclər ən yaxşı halda ölkəni tərk edib, digər inkişaf etmiş ölkələrdə çalışırlar. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması məqsədəuyğundur. Çünki bu qurum sovetdənqalma elmi mərkəz kimi ixtisaslaşıb. Orada çalışanların çoxu yaşlı nəslin nümayəndələridir.

Onlardan sonra Akademiyanın dəhlizləri də boş qalacaq. Hazırda isə Akademiya heç bir elmi çağırışlara cavab vermir. AMEA dövlət büdcəsi üçün əlavə xərcdir. “Elmlər Akademiyası” deyəndə metro və binanın gözəl arxitekturası, ucuz, keyfiyyətli yeməkxanası yada düşür”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений