Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Belə fürsəti dəyərləndirmək istəmirlər” - Partiya sədri 



“Avropa İttifaqı ilə sıx əməkdaşlıq Azərbaycanın yalnız xeyrinə ola bilər. Belə əməkdaşlıq imkanlarını qardaş Türkiyə 60 ildir axtarır. Moldova, Ukrayna və Gürcüstan bir sıra üstünlüklərlə yanaşı, ittifaq ölkələrinə vizasız gediş-gəliş imkanı əldə edib, orada biznes qurmaq və sair fürsətlər əldə ediblər”.

Cebhe.info xəbər verir ki, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Ə.Əliyev buna baxmayaraq, Azərbaycan hakimiyyətinin Aİ ilə məsafə saxlamağa çalışdığını diqqətə çatdırıb: “500 milyonluq Avropa İttifaqı ÜDM-nün 20%-ni təşkil edir, dünyanın sənaye nəhəngi, texnologiya generatoru hesab edilir. Azərbaycanın belə bazara öz unikal kənd təsərrüfatı məhsulları ilə daxil olması düşdüyümüz çətin vəziyyətə təkan vermiş olardı. Dağlıq Qarabağ probleminin həllində də Avropa İttifaqının yanaşması mövqeyimizə tamamilə uyğundur.

Separatizmdən zərbə almaq təhlükəsi ilə üzləşən İspaniya, İtaliya, Belçika, potensialda Almaniya və Fransa ərazi bütövlüyü prinsipini münaqişələrin həlli prinsipi kimi göstərməkdə maraqlıdır. Lakin bizim iqtidar belə fürsəti dəyərləndirmək istəmir. Çünki ittifaqla ciddi tərəfdaşlıq bir sıra islahat və standartları tələb edir. Bu sıraya liberal bazar, demokratiya, siyasi, seçki, məhkəmə, azadlıqlar, təməl haqlar, gömrük və vergi qanunvericiliyi daxildir”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений