Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bəlkə beyinləri müzakirə edək” – Tanınmış pediatrdan “metro qəhrəmanlarına”



Ötən gün Bakı metrosunda baş verən olan geniş ictimi müzakirəyə səbəb olub.

Gənc xanımı geyiminə görə metroda təhqir olunması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Cebhe.info xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev də məlum məsələyə münasibət bildirib.

V.Qarayev beyinlərin müzakirə olunmalı olduğunu deyib:

“Güclü beyin ideya istehsal edir, zəif beyin danışır, yəni qeybət edir! Avropa insana baş köçürməyə hazırlaşır. Sonra dünyada nanogenetika sürətlə inkişaf edir və s. Biz hələ qadın geyiminin ölçüsünü coşqu ilə müzakirə edirik! Metroda "öpüşmək olar, yoxsa yox?" sualı həyati əhəmiyyət kəsb edir. Heç kim metrodakı minlərlə tələbənin kitab oxumamasına irad bildirmir, bildirməyəcək.

Milli-mənəvi dəyərlər, mentalitet filan, bilirik lazımdır, amma bunlardan qalxan kimi istifadə etməyin nə mənası var?! Bəlkə beyinləri müzakirə edək?!”

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений