Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bəzən işbazlar azyaşlı uşaqların əməyindən istifadə edirlər”- ORUC ZALOV



Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxili münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir.

Gununsesi.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini qeyd edib ki, qanunvericilikdə belə hallara yol verən işbazlara qarşı lazımi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur.Onun sözlərinə görə, Azərbaycan az ölkələrdən biridir ki, onun hüquq-mühafizə orqanlarında azyaşlıların hüquqlarını qorumaq üçün xüsusi inspeksiyalar fəaliyyət göstərir:

“Bu qurumlar tərəfindən azyaşlıların pis təsir altına düşməməsi, onların təhsil, idman, istirahət hüququnun mühafizəsi üçün lazımi işlər görülür”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений