Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Böyük qazanc dalınca qaçmayın”-İqtisadçıdan iş adamlarına məsləhət



“Azərbaycanda əsas olaraq "məmur sahibkarlığı" kölgə iqtisadiyyatının həcminin artmasını stimullaşdırır, bir çox hallarda müxtəlif banklar bu "boz pulları" özləri qurduqları şəbəkələr vasitəsi ilə dövriyyəyə buraxırlar”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. N.Bəydəmirli məsləhət görür ki, böyük qazanc arxasınca qaçmasınlar:

“Ayda 3-8 faiz gəlir vəd edərək "piramidalar" qururlar. Uzun müddətdir bu təcrübə tikinti sektorunda, lombardlarda, valyuta dəyişmə məntəqələrində, kreditlə mal satan ticarət şəbəkələrində və s. sınaqdan çıxarılıb. Bir gün gəlir əllərində 10-100 milyonlarla müştəri pulu olan belə "bankirlər" kimlərinsə "yeminə" çevrilir və pullar "buxarlanır" və ya rüşvətin güdazına gedir. Hər şeyi də hansısa bank işçisinin və ya filial müdirinin belinə yükləyib cinayət işi açmaqla "yola verirlər".

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений