Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Böyük yeddilik” Moskvanı hədələdi



"Böyük yeddilik" Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

Cebhe.info xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiki Moqerini məlumat verib. Bu dəfə sanksiya Donbasdakı vəziyyətə görə tətbiq ediləcək.

Moqerini qeyd edib ki, Donbasdakı vəziyyətlə bağlı iqtisadi sanksiyaların uzadılması Rusiyanın Minsk sazişini necə icra etməsindən asılı olacaq. Əgər Rusiya üzərinə düşən vəzifəni yerinə yetirərsə, o zaman sanksiyalar dayandırıla bilər. Əks təqdirdə "Böyük yeddilik" Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsini müzakirəyə çıxaracaq.

G7-nin Ukraynanı tam olaraq dəstəklədiyini bəyan edən AB təmsilçisi sərhədlərin toxunulmazlığı prinsipinə əməl edilməsinə çağırıb.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений