Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“BTQ dəmiryol layihəsində xərcin geri qaytarılma dövrü uzanır” - İQTİSADÇI



“Yük dövriyyəsi azalmaqla yanaşı daşınmalarda avtomobil nəqliyyatının payının artması Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin əhəmiyyətini aşağı salır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12765,2 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azdır. Yüklərin 62,3 faizi avtomobil nəqliyyatı, 23,0 faizi dəmir yolu nəqliyyatı, 14,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Ötən ilin eyni dövründə isə bu dəhlizdə daşınan yüklərin 59,0 faizi avtomobil nəqliyyatı, 27,7 faizi dəmir yolu nəqliyyatı, 13,3 faizi dəniz nəqliyyatının payına düşüb.
 
İqtisadçı qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ötən il oktyabrın 30-dan açılsa da, onun effekti hələ də hiss olunmur:

“Əksinə, bu layihə işə salınandan bəri yükdaşımaların həcmi həm Azərbaycanda, həm də Gürcüstanda azalır. Bununla yanaşı mövcud daşımalarda getdikcə avtomobil nəqliyyatına üstünlük verilməsi də bu layihənin əhəmiyyətini aşağı salır. Bu isə layihənin xərcini geri qaytarma dövrünü daha da uzadır. Odur ki, BTQ-nin cazidədarlığını artırmaq üçün tarif və sürət məsələlərinə diqqət artırılmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений