Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı



Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazla yollarını ayırıb.

Bu barədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə müqavilənin müddəti qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Xatırladaq ki, 29 yaşlı futbolçu 2016-cı ildən “Bursaspor”un uğurları üçün çalışırdı. O, bu komandada çıxış etdiyi dövr ərzində bir neçə dəfə intizamsızlığa görə əsas komandadan kənarlaşdırılmışdı.

Hücumçunun Türkiyənin “Gənclərbirliyi” klubuyla anlaşacağı gözlənilir.

2016-cı ildən millimizə cəlb edilən Dəniz, 2 oyunda yığmamızın şərəfini qoruyub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений