Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“CinemaPlus”da “Viktoriya və Abdul”un premyeradan öncə nümayişi olub - VİDEO - FOTO



"28 Mall" TM-də yerləşən “CinemaPlus” kinoteatrlar şəbəkəsində real hadisələr əsasında çəkilmiş tarixi dram “Viktoriya və Abdul” filminin premyerasından 3 gün öncə nümayişi keçirilib.  

Cebhe.info xəbər verir ki, mükəmməl seçilmiş kostyumlar və qrim, səhnə dekorasiyası və aktyorluq bacarıqları, parlaq effektlər, musiqiçilərin və operatorların möhtəşəm işləri və dəqiq qurulmuş süjet xətti tamaşaçını sanki Böyük Britaniyada olduğunu hiss etdirir. 

Filmin ssenarisi jurnalist Şrabanş Bosun “Viktoriya və Abdul: Kraliçanın yaxın ətrafının real tarixçəsi” kitabının motivləri əsasında Li Holl tərəfindən yazılıb. Filmin rejissoru Stiven Frirzdir. Cudi Denç kifayət qədər güclü xasiyyətli gözəl kraliça Viktoriyanı oynayıb. Cavan hindli-müsəlman rolunu isə Əli Fazal canlandırıb.

18 yaşında taxta çıxmaqla Viktoriya Böyük Britaniyanın, İrlandiyanın daha sonra isə Hindistanın imperatriçəsinə çevrilir. Kraliçanın saysız-hesabsız çalışanları arasında Abdul Kərim adlı yaraşıqlı biri olur. Gəldiyindən bəri o, kraliça yanında nüfuz qazanır. Onu çoxu qısqanır, hətta onunla bənsə belə girirlər. Kralıça ilə olan münasibəti haqda isə nəinki İngiltərədə, hətta bütün dünyada belə danışılırdı.

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений