Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Cümhuriyət” qəzetinin əməkdaşı mükafatlandırıldı - FOTO



Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə elan etdiyi “Hər birimiz Vətənə xidmət edirik” yazı müsabiqəsi yekunlaşıb. 

Cebhe.info-nun xəbərinə görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

70-ə yaxın məqalə təqdim olunan müsabiqədə “Cümhuriyət” qəzetinin və Cebhe.info saytının əməkdaşı Yeganə Oqtayqızı (Quliyeva) da mükafatlandırılıb. Əməkdaşımız Fəxri Fərmanla təltif olunub.

Müsabiqənin məqsədi Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qisimlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübənin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin daha da genişləndirilməsini təmin edilməsidir.

Qeyd edək ki, mükafatları Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli təqdim edib. 

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений