Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Elçibəy-80” müsabiqəsinin qalibləri - 1 nəfər mükafatdan imtina etdi



Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə "ELÇİBƏY-80” adlı yazı müsabiqəsinin qalibləri açıqlanıb.

Bu barədə BakuPost-a "Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsindən məlumat verilib. Bildirilib ki, müsabiqədə Türkiyədən və Özbəkistandan da iştirak edənlər olub. 

Müsabiqədə 1-ci yeri Ləman Ələşrəfqızı, 2-ci yeri Jalə Mütəllimova, 3-cü yeri Səbuhi Məmmədli tutub. 10 nəfərə isə həvəsləndirici mükafat verilib. Həvəsləndiri mükafata layiq görülən gənc yazar Kəramət Böyükçöl isə bundan imtina edib. 

Türkiyədən müsabiqəyə yazı təqdim etmiş Cəmil İpək və Beytulla Avcı həvəsləndirici mükafat alıb, Özbəkistandan müsabiqəyə şeir göndərmiş iştirakçıya diplom təqdim edilib.

Məlumat üçün bildirək ki, yazı müsabiqəsinin münsiflər heyətini aşağıdakı şəxslər təşkil edib:

1. Ədalət Tahirzadə
2. Sabir Rüstəmxanlı
3. Ramiz Rövşən
4. Rüstəm Behrudi
5. Mehriban Vəzir
6. Qulu Məhərrəmli
7. Rauf Arifoğlu
8. Mehman Əliyev
9. Əvəz Zeynallı
10. Cavid İsmayıl
11.Çingiz Özgür.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений