Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Əli Yunisi Azərbaycan xalqından üzr istəməlidir"



“İran Prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunisi Azərbaycan xalqından üzr istəməlidir”.

Bunu cebhe.infoya açıqlamasında Qarabağ müharibəsi veteranı, hüquqşünas Vüqar Dadaşov deyib. V.Dadaşov hesab edir ki, İran parlamentinin 50 millət vəkilinin Əli Yunisiyə cavab verməsi təqdirəlayiqdir.

Onun fikrincə, Əli Yunisinin fikirlərinə Azərbaycan Respublikasından da reaksiya verilməlidir: “İran prezidentinin köməkçisi Əli Yunisinin “azərilər türkçə danışan farslardır” kəlməsinə İran parlamentinin Cənubi Azərbaycandan olan 50 millət vəkili Həsən Ruhaniyə ünvanladığı məktubda tutarlı cavablar verdilər. Eyni zamanda da Əli Yunisinin azərbaycanlılar barəsində dediklərinə Azərbaycan Respublikasının rəsmiləri, millət vəkilləri, ziyalılar sərt reaksiya verməlidirlər. Ona görə ki, rəsmi şəxsdir və onun dedikləri rəsmi dövlət mövqeyi hesab edilir. Fars şovinistləri bizi həmişə bizi alçatmağa çalışıb. Onların məqsədi düşüncəmizdə fikir ayrılığı yaratmaqdır”.

“Türklər İranda etnik çoxluqdur”

V.Dadaşovun fikrincə, Əli Yunisinin bu fikri həm elmi, həm də siyasi baxımdan yolverilməzdir, İran rəsmiləri, o cümlədən Əli Yunisi Azərbaycan xalqından üzr istəməlidir: “Cənubi Azərbaycan əhalisinin İranda etnik azlıq kimi göstərilməsi həqiqəti əks etdirmir. Çünki ölkə əhalisinin ümumi sayı 75 milyondur, bunun 40 milyonu Azərbaycan türkləridir. Türklər dövləti qurmuş xalqdır və etnik çoxluqdur”. 

“Türklər bölgənin yerli sakinləridir”

V.Dadaşov hesab edir ki, azərbaycanlılar türkdür və bölgənin qədim avtoxton sakinləridir: “Azərbaycan türkləri antropoloji quruluşuna görə avropoid irqinin kaspi yarımtipinə aiddir. Bu yarım tipi bəzən Oğuz irqi adlandırırlar. Farsların antropologiyası -hindiran irqinin aralıq dənizi qrupuna aiddir. Azərbaycan türklərinin baş 78.1, almacıq sümüklərinin diametri 165.9 olmaqla Qafqaz xalqları qrupuna aid edilir. Farslarda isə baş göstəricisi 86.1, almacıq sümüklərinin diametri 143.2 olmaqla ermənilərlə eynilik təşkil edir. Bu faktlar müasir elmlər və alimlər tərəfindən aksioma şəklində qəbul edilir.

Nizami Gəncəvinin, Firdovsinin əsərlərində indiki İraq ərazisi iki hissədə göstərilir: Fars İraqı və Ərəb İraqı. Bu faktların özü sübut edir ki, indiki İran ərazisində yaşayan farslar cənubdan, yəni indiki İraqdan şimala doğru yəni Azərbaycan türklərinin daimi yaşayış yerlərinə köç etmiş və məskunlaşmışlar, hal-hazırda da bu ərazilər İran dövlətinin ərazisi kimi tanınmaqdadır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений