Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - TƏSDİQLƏNDİ



Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. 

Cebhe.info xəbər verir ki, iclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Tədbirdə yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifi məqbul sayılıb.

Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений