Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Expo-2025” üçün Azərbaycanın bir rəqibi azaldı



Parisin “Expo-2025” Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb.

APA xəbər verir ki, bu barədə bu gün Fransanın “Journal du Dimanche” qəzeti məlumat yayıb.

Fransa baş naziri Eduard Filipp bununla bağlı “Expo-2025” Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E. Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının da çatışmadığını qeyd edib.

Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında “Expo-2025”nin təşkili ilə bağlı namizədliyini irəli sürüb.  Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.

Hazırda “Expo-2025” sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений