Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Google” SMS-ə yeni rəqib gətirir



“Google” şirkəti öz messencerləri ilə bağlı qarma-qarışıqlığı aradan qaldırmaq üçün növbəti dəfə təşəbbüs edir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Google Talk”, “Google Voice”, “Google+ Huddles”, “Hangouts”, “Allo” servisləri istifadəçilərin rəğbətini qazana bilməyib.

Hazırda “Google” şirkəti “RCS” (“Rich Communication Services”) protokoluna əsaslanacaq “Chat” adlı yeni xidmət üzərində işləyir. Bu xidmət bilavasitə “Android Messages”ə inteqrasiya ediləcək. “RCS” protokolunun SMS-i bazardan sıxışdırıb çıxaracağı gözlənilir.

“Chat” xidməti mesajın oxunması haqda nişan, mətn yığımı indikatoru, yüksək təsvir ölçülü foto və video, qrup çatları kimi xüsusiyyətlərə malik olacaq. “Chat” faktiki olaraq operator xidmətidir.

“SMS” mesajlar kimi “Chat” xidməti də şifrlənməyəcək, amma SMS tarifləri ilə deyil, internet-trafik üzrə ödəniş ediləcək. Sözügedən xidmətin rəsmi təqdimetmə tarixi ilin sonuna gözlənilir. Ancaq bu servisin tətbiqi konkret operatorlardan asılı olacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений