Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Hizbullah” müharibə xəbərdarlığı etdi: “Sakit dayanın”



“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah İsrail və Livan arasında baş verən sərhəd gərginliyinə görə ABŞ-a xəbərdarlıq edib.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilat lideri xəbərdarlığında İsrailin Livan hökumətinin tələblərini yerinə yetirməyəcəyi halda bu ölkəyə qarşı müharibəyə başlayacaqlarını bildirib.

Xatırladaq ki, İsrailin Livanla sərhədlərində divar tikmək və mübahisəli dəniz bölgələrində enerji mənbələri axtarmaq qərarını verməsindən sonra ABŞ tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürüb. Lakin Livan parlamentinin sözçüsü Nabi Berri ABŞ-ın böhranın aradan qaldırılması ilə bağlı bütün təkliflərini qəbul etmədiklərini açıqlayıb.

“Hizbullah” lideri isə İsraillə yanaşı, ABŞ-ın da Livan hökumətinin tələblərini qeyd-şərtsiz yerinə yetirməli olduğunu diqqətə çatdırıb: “Əgər amerikalılar gəlib deyirlərsə ki, İsraili sizə görə yola gətirə bilərik, o zaman amerikalılara deyin ki, ilk növbədə Livanın tələblərini qəbul edin ki, “Hizbullah” yerində sakit dayansın”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений