Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İctimai davranış qaydaları” layihəsi başa çatdı



Azərbaycan Respublikası Prezidenti Yaninda Gənclər Fondunun dəstəyi ilə “İctimai davranış qaydaları” layihəsi həyata keçirilib.

Cebhe.info xəbər verir ki, yanvarın 11-də Sabunçu Gənclər Evində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan “İctimai davranış qaydaları” adlı layihənin təqdimat mərasimi baş tutub.

Layihənin əsas məqsədi biz vətəndaşların ictimai davranışlarımızı doğru bilib, düzgün şəkildə onlardan istifadə etmək və öyrəndiklərimizi yeni nəslə aşılamaq.Həmçinin şəhərimizin eləcədə cəmiyyətimizin ictimai mədəniyyət səviyəsinin yüksəldilməsi, Azərbaycan gəncinin mədəni inkişafında eyni zamanda şəhərimizdə ictimai mədəniyyətin aşılanmasında gənclərin rolunu artırmaqdır. Tədbirdə Sabunçu rayonunda yerləşən 12-saylı Bakı Peşə Liseyinin aktiv tələbələri iştirak edib.

Təqdimat mərasimi ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Layihə rəhbəri Əli Məmmədzadə tədbirdə iştirak edən iştirakçılara bu gün bura yığışmaqda əsas məqsədimizin İctimai Davranış Qaydaları haqqında çəkdiyimiz sosial çarxın təqdimat mərasimi olduğunu dedi. Sonra videoçarx iştirakçılar tərəfindən böyük marağla izlənildi.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений