Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Məqsəd büdcə doldurmaqdır” - Artan rüsumların səbəbi



"Bu günlərdə bəlli oldu ki, xaricdən idxal edilən işlənmiş şinlərin rüsumu 3 dəfə qalxıb. Sahibkarlar əvvəl bir konteynerə 15 min manat rüsum ödəyirdisə, indi onlardan 45 min manat nələb edirlər”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Akif Nəsirli özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, əgər Azərbaycanda şin (təkər) istehsal edilsəydi, anlamaq olardı ki, hökumət daxili bazarı qoruyur: “Belə bir əsas olmadığı halda bu addımım məqsədi büdcə doldurmaqdır.  Amma bu cür büdcə doldurmağın səmərəsindən danışmağa dəyməz. Büdcəni doldurmaq üçün rüsumları və vergiləri deyil, iqtisadiyyatı böyütmək , rüsumun və vergi ödəyənlərin sayının artmasını təmin etmək lazım gəlir”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений