Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Neftçi” Avropa Liqasına vəsiqə qazandı



Azərbaycan Premyer Liqasında mövsümün son turunda 3 qarşılaşma başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Avropa liqasına vəsiqə uğrunda mübarizə aparan “Neftçi” və “Zirə” keçirdikləri oyundan qalib ayrılıblar.

Beləliklə, mövsümü 3-cü pillədə başa vuran “Neftçi” Avroliqaya yollanıb.

Qeyd edək ki, Azərbaycan kubokunun finalında “Qəbələ” “Keşlə” üzərində qələbə qazansa, o zaman çempionatı 4-cü pillədə başa vuran “Zirə” də Avropa Liqasına vəsiqə əldə edəcək.

“Səbail” – “Keşlə” - 0:1

Qol: Rəfael Məhərrəmli, 63

“Kəpəz” – “Neftçi” - 1:2

Qollar: Şəhriyar Rəhimov, 68 - Ruslan Abışov, 63, Lukas Qomez, 79

Qırmızı vərəqə: Kirilo Petrov, 87 (“Neftçi”)

“Sumqayıt” – “Zirə” - 1:2

Qollar: Cavid İmamverdiyev, 13 - Dedov, 69, Tounkara, 90+3

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений