Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Paddinqton 2” filmi Azərbaycan dilində dublyaj olundu – FOTO - VİDEO



“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Paddinqton 2” filminin nümayişi keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirdə tək böyüklər deyil, həmçinin, uşaqlar da iştirak edib.

“Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib. 

Filmi Azərbaycan dilində Murad Dadaşov, Oksana Rəsulova, Aqil M. Quliyev, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Elşən Rüstəmov, Valeh Kərimov, Vüsal Murtuzəliyev, Nəcibə Hüseynova, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Həlimə Axundzadə, Elman Rəfiyev, Vüqar Hüseynov, Səid Nizami və Elnur Hüseyov səsləndiriblər.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejissoru və masterinq Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, post-prodakşn Vüqar İslamzadə, art direktoru Kamil Dadaşov, dizayneri Emil İbrahimov, prodüseri Xətai Əli, direktoru Cəfər Axundzadədir.

Ekran əsərin rejissoru Paul Kinqdir. Baş rolları Hyu Bonnevill, Salli Hokins, Brendan Qlison, Hyu Qrant kimi məşhurlar ifa edirlər.

Filmin süjet xəttinə görə, Londonun antikvar mağazasında gözəl və yaxşı tərbiyə olunmuş ayı Paddinqton qədim qeyri-adi bir kitab tapır. O, bütün ayı gücü ilə həmin kitaba pul yığana kimi, nadir kitab oğurlanır. Paddinqton, it konservləri reklam edən, öz çevrilmə bacarığını bütün Londanda gizlədilən zinət əşyalarının ovuna istifadə edən aktyorun planı olan əsrin hiyləsinə qoşulmuş olur.

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений