Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Qoroskop” qəzeti fəaliyyətini dayandırdı



1999-cu ildən ayda iki dəfə dərc olunan "Qoroskop” qəzeti öz fəaliyyətini dayandırıb. 

Bu barədə musavat.com-a qəzetin baş redaktoru Səbuhi Rəhimli açıqlama verib.

O, bildirib ki, metro keçidlərindən qəzet yayımının yığışdırılması və son illər çap məhsullarının oxucu sayının minimuma enməsi vəziyyəti gərginləşdirib: 

"Birinci devalvasiyadan sonra isə fəaliyyətimizdə ciddi problemlər yarandı. Düz 3 ildir ki, gəlirsiz çap olunuruq. 2017-ci ildə isə ən tərəfsiz mətbu orqan olan "Qoroskop”un satışı hətta mətbəəyə olan borcu da bağlamağa imkan verməyib. Bu səbəbdən də yeni ildən fəaliyyətimizi dayandırmışıq”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений