Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Rusiyanın “5-ci kolonu”nun eləmədiyi pislik qalmayıb”- Politoloq



“Rusiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarı qüvvədə saxladı. Müəyyən ümidlər var idi ki, məhkənin qərarı yuxarı instansiyada təsdiq olunmayacaq. Olundu və Bakıda bəzilərinin ümidi puça çıxdı. Halbuki, bir neçə gün əvvəl Rusiyanın paytaxtında “Moskva-Bakı (oxu: Qafqaz-müəllif) yeni geosiyasətinə doğru” adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, deyib ki, həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular: “Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar, sonra da konfransda bizimkilərə sual edirlər ki, niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur? Rusiyanın Azərbaycandakı “5-ci kolonu” ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb, bircə xozeyinlərinə deyə bilmirlər ki, bəs, axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də ”işimizi” çətinləşdirirsən...” 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений