Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“S-400”lər niyə geri QAYTARILDI?



Rusiyanın Çinə göndərdiyi "S-400” sistemlərini daşıyan gəminin fırtınaya düşməsi nəticəsində kompleks texniki zədə aldığı üçün geri qaytarılıb.

Unikal.org xəbər verir ki, sistem təmir edildikdən sonra yenidən Çinə göndəriləcək.

Xatırladaq ki, yanvarın 18-də Rusiyanın Çinə "S-400” Zenit-Raket Kompleksinin (ZTR) tədarükünə başladığı barədə məlumat yayılıb. İki ölkə arasında bununla bağlı saziş 2014-cü ildə imzalanıb.

Onu da qeyd edək ki, xarici ölkələr arasında "S-400” ZTR-inin ikinci alıcısı Türkiyədir. 2017-ci il dekabrın sonunda Rusiya və Türkiyə arasında iki ədəd "S-400” kompleksi ilə bağlı müqavilənin yekun sənədi imzalanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений