Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Sberbank” Türkiyədəki törəmə şirkətini Dubay bankına satıb



Rusiyanın “Sberbank” bankı Türkiyədəki törəmə şirkəti olan “Dənizbank”ı Dubayın “Emirates NBD” bankına satıb.

AZƏRTAC xəbər verir ki, Rusiya bankı bu qərarı Avropa İttifaqı tərəfindən ölkəyə qarşı tətbiq edilən sanksiyalarla bağlı qəbul edib. “Serbank”ın İdarə Heyətinin sədri German Qref bildirib ki, sanksiyalarla əlaqədar törəmə şirkətdən gəlir əldə etmək, eləcə də onu maliyyələşdirmək mümkün deyil. “Dənizbank” Avropa sanksiyalarına məruz qaldığından Türkiyə bazarında rəqabət qabiliyyətini itirib.

Beləliklə, “Sberbank” “Dənizbank”ın aksiyalarının 99,85 faizini “Emirates NBD” bankına 14,609 milyard türk lirəsinə satıb. Sövdələşmə təsdiq edildikdən sonra “Dənizbank”ın bu il bağlanacağı gözlənilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений