Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Seçkilərdə ana müxalifət yükünü üzərimizə götürdük” – AXCP funksioneri



“Ölkədə keçirilmiş prezident seçkilərində namizəd olmuş Razi Nurullayevin seçki ərəfəsində irəli sürdüyü təkliflərin bəyənilməsi və real təkliflər olması xalqımız tərəfindən müsbət qiymətləndirilib. Ölkə siyasətinə yeni başlanğıc gətirən, öz siyasi dəsti-xətti ilə ictimai rəğbət qazanmış Razi Nurullayevin geniş anlamda xalqla təması yarandı. Bu seçkilərdə biz AXCP olaraq öz platformamızı, layihə və təkliflərimizi irəli sürdük. Seçkini boykot etdiklərini deyən, əslində isə xalqın onları boykot etmiş olduğu qaragüruhçu ənənəvi müxalifət məğlub oldu. Bizi məğlubiyyətdə ittiham edənlərin özləri boykot qərarı aldıqda məğlub olmuşdular”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclis üzvü Elnur Rəciyev deyib.  E.Rəciyev bu seçkinin AXCP və onun sədri üçün qələbə mahiyyəti daşıyan bir fürsət olduğunu vurğulayıb:

“Uzun illər şəxsi abissiyalara alət edilmiş, inkişafdan və normal siyasi proseslərdən kənarda qalmış bir partiyanı qısa müddətdə yenidən dünyəvi, sivil, normal fəaliyyətinə qaytaran, yeni strukturda bərpa edən, siyasi xəttini dəyişərək xalqın istəyinə və tələbinə uyğunlaşdıran Razi Nurullayevin prezident seçkilərində iştirakının özü bu partiya üçün, partiyanın yeni siyasi xətti üçün müsbətdir. 

Razi bəy tərəfindən irəli sürülən təkliflərin rəğbətlə qarşılanması, partiyamıza inamı artırdı və nəticədə üzvlük üçün müraciət edənlərin sayı artdı. Bu seçkidə AXCP olaraq yeni siyasi üslubumuzla daha geniş miqyasda tanındıq. Platforma və təkliflərimizlə xalqa sözümüzü dinlədə bildik. İqtidar-müxalifət münasibətlərinin normal, sivil və dialoq formasında formatını təqdim etdik. Hər şeyi qara görən siyasətbazlardan fərqli olaraq yeni siyasi xəttimizin əsaslarını xalqımızla görüşdə elan etdik. 

Razi Nurullayevin geniş anlamda siyasi dünya görüşü, müasir sivil normalara cavab verən idarəçilik qabiliyyəti nəticəsində formalaşan AXCP bu dəfə xalqa təkliflər verən, sivil siyasət yürüdən, xalqın problemlərinə həlli yolları göstərən bir müsbət ruhda köklənmiş partiya olaraq təqdim olundu. Gələcək uğurların yeni başlanğıcı olan bu seçkidə iştirak bütün yönlərdə partiyamız üçün uğurlu oldu. Faydalı təkliflərimizlə xalqımızın geniş tanışlığı yarandı. Uzun illər xalqdan uzaq salınmış, bir qrup şəxsin şəxsi mülkiyyətinə çevrilmiş bir partiyanı yenidən xalqa qaytarmaq özü qələbədir”.

E.Rəciyev qeyd edib ki, siyasi partiyanın vəzifəsi seçkidə iştirak etməkdir:

“Əgər o, seçkidə iştirak etmirsə demək xalqı özünə arxa hesab etmir. Biz seçkidə fəal şəkildə öz namizədimizlə iştirak etdik, ana müxalifət funksiyası yükünü üzərimizə götürdük. 
Aparıcı və ana müxalifət olduğumuzu hələ keçən il dialoq üçün, danışıq üçün bir sıra müxalifət partiyalarına sədrimizin müraciəti ilə sübut etdik. Hərçənd ki, onlar elə o zamandan məğlub oldular və öz passivliklərini nümayiş etdirdilər. 
Xalqa öz niyyətini səmimi şəkildə ortaya qoyan, siyasi xəttini anlaşıqlı formada nümayiş etdirən partiya olaraq xalqımızın inamını qazanaraq gələcəkdə daha da geniş nailiyyətlərimizin olacağı şübhəsizdir”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений