Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Siyasi məhbus problemi həll edilməlidir”: MÖVQE



“Siyasi məhbuslardan bir qrupunun azad olunması əslində tədqirəlayiq haldır. Beynəlxalq təşkilatların da bu məsələdə mövqeyi bunu deməyə əsas verir. Ancaq proses yenə də dayandırıldı. Əslində gözlənilən o idi ki, siyasi məhbusların çoxu azadlığa buraxılacaq. Ancaq gözlənilən olmadı. Ümumiyyətlə, siyasi proseslərin olmadığını, susqunluğun hökm sürdüyünü müşahidə edirik”.

Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında "Söz Haqqı" Demokratiya Mərkəzinin sədri İlham Həsənov deyib. 

İ.Həsənov qeyd edib ki, Azərbaycan imicini bərpa etmək üçün prosesi davam etdirməlidir: “Beynəlxalq təşkilatlar hələ də Azərbaycanda siyasi məhbusların olduğunu bilir və  onların azad olunması üçün zaman-zaman hökumətə təzyiqlər edir. Hökumət bu təzyiqlərdən xilas olmaq üçün siyasi məhbusların hamısını azadlığa buraxmalıdır. Bu prosesi davamlı olaraq aparmalıdır. 

Əks halda, hökumət təzyiqlərlə üz-üzə qalacaq. Siyasi məhbusların azadlığı ilə bağlı mövzu hər zaman müzakirə predmeti olub. Bu məsələ ilə bağlı müxtəlif fikirlər səslənsə də nəticə qənaətbəxş deyil. Hər il ölkə üçün önəmli hesab olunan günlərdə əfv fərmanları olur. Düşünürəm ki, bu il də belə fərmanların şahidi olacağıq. Ancaq bu fərmanlar siyasi məhbusların azadlığa çıxmasını təmin edəcək, yoxsa yox, bu hələ də açıq sualdır. Ümid etmək istəyirik ki, yaxın zamanlarda bütün siyasi məhbuslarlar azadlığa çıxacaq. Təbii ki, bunun baş verib-verməyəcəyini zaman göstərəcək”.

“Cümhuriyət”








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений