Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Sizinlə Parisdə görüşmək arzusundayam” - Makrondan Əliyevə



Fransa prezidenti Emmanuel Makron dövlət başçısı İlham Əliyevi prezident seçkilərində əldə etdiyi qələbə münasibəti ilə təbrik edib. 

Cebhe.info xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edir, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyətinizdə sizə uğurlar diləyir, ən səmimi arzularımı çatdırıram.

Bu münasibətlə mən növbəti illərdə də ikitərəfli əlaqələrimizi inkişaf etdirmək arzusunda olduğumu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransanın var qüvvəsi ilə çalışacağını bir daha vurğulamaq istəyirəm.

Bu il fevralın 21-də sizə göndərdiyim məktubda qeyd etdiyim kimi, bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını vacib hesab edir və yaxın aylarda Parisdə sizinlə görüşmək arzusunda olduğumu bildirirəm.

Cənab Prezident, bir daha Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdıraraq, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений