Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Son söz Mərkəzi Bankındır” – İqtisadçı FED-in qərarını şərh etdi



“Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırılması ilə bağlı qərarı qısa zamanda qlobal bazara təsir etməyə başladı. Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə müşahidə olunan siyası anlaşılmazlıqlar fonunda dəyərini itirən avro FED-in qərarından sonra daha sürətlə ucuzlaşmağa başlayıb”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə FED-in qərarı neft bazarına da təsirsiz ötüşməyib:

“Hazırda 1 avro almaq üçün 1.16 dollardan az ödəniş etmək lazımdır. Bu son günlər avronun məzənnəsində 2 faizə yaxın azalma, bütövlükdə isə son 2 ayda 7 faizdən çox ucuzlaşma deməkdir. Möhkəm dollar neft bazarına da təsirsiz ötüşməyib. İran ətrafındakı siyasi gərginlik və eləcə də Veneseulada hasilatın azalmasına rəğmən “qara qızıl” FED qərarından sonra dəyər itirib. Aydındır ki, OPEK-in toplantısı öncəsi neftin qiymətində kəskin dəyişiklik gözlənilməsə də sözügedən yığıncaqda qəbul ediləcək qərarlar neft bazarında tarazlığı yenidən dəyişə bilər.

Neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq FED qərarı Azərbaycan bazarına psixoloji təsirlərini saxlamaqdadır. Mərkəzi Bankın” FED-in qərarının bizə birbaşa təsirlərinin olmadığını” açıqlaması da əslində dolayı təsirlərinin olması anlamına gəlir. FED-in qərarları istisnasız olaraq əksər dünya ölkələrinə təsir edir. Bununa belə, manatın məzənnəsi yenə də Mərkəzi Bankın mövqeyində asılı olacaq. Dollara tələbin isə daha çox avqust və dekabr aylarında yüksələcəyi gözlənilir. İlin sonuna dollara tələbin daha yüksək olacağı həm dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin olması, idxalın artması və xarici səfərlərin çoxluğu ilə bağlı olacaq. Amma yenə də son söz Mərkəzi Bankındır”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений