Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

““Badalaq” şiddətli olsa...”- Ekspert mümkün müharibənin nəticəsini yazır



“ABŞ ordusunun Suriyanı bombalaması hərbi itki baxımından böyük hadisə deyil. Onsuz da Suriyanın yarısı dağılıb, ordunun da infrastrukturunun yarıdan çoxu məhv edilib”.

Cebhe.info xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu deyib.

Ekspert ehtimal edir ki, amerikalılar Suriyanın hərbi aerodromlarını, hərbi bazalarını, helikopter və təyyarələrini, o cümlədən hava hücumundan müdafiə sistemlərini vuracaqlar: “Nəticə etibarilə, Suriya ordusu olan gücünün bir hissəsini də itirəcək. Bu da rəqiblərinə cəsarət və stimul verəcək, onlar hücuma keçəcəklər. Hesab edirəm ki, bundan sonra Suriya ordusunun savaş qabiliyyəti aşağı düşəcək. Misal olaraq belə deyə bilərik ki, məhəllədə iki uşaq güləşəndə izləyicilərdən biri rəqbini yıxmaqda olan uşağa badalaq vuraraq onun müvazinətini itirməsinə və bununla da nisbi bərabərliyə səbəb olur. Beləliklə güləş bir az da uzanır. Mümkündür ki, "badalaq" şiddətli olsa, daha əvvəl yıxmaqda olan güclü uşaq yıxıla bilər. Amerikanın Suriyanı vurmasının ən ciddi təsiri bu olacaq”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений