Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“ABŞ çox şaddır ki, Azərbaycanla əməkdaşlığı davam etdirir" - Robert Sekuta



“ABŞ çox şaddır ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılması çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir".

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R. Sekuta bildirib ki, ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində yerləşən neft və qaz resurslarının hasilatına fəal şəkildə dəstək verib: “Bu, 1990-cı illərin əvvəlinə təsadüf edir. Burada məqsəd hasil olunmuş neft və qazın Avropa və digər bazarlara təhlükəsiz şəkildə çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə töhfə verib.

Azərbaycanın əhəmiyyəti bu gün də ABŞ tərəfindən qəbul edilir və vurğulanır. Bu gerçəklik ABŞ prezidenti Donald Trampın 28 May - Azərbaycanın Respublika günü münasibətilə, habelə 24-cü Beynəlxalq Neft və Qaz Sərgi və konfransına göndərdiyi, həmçinin ABŞ dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi və onun fevralda keçirilmiş Məşvərət Şurasına dəstək məktublarında aydın şəkildə əks etdirilib. ABŞ 1990-cı illərin sonlarında Azərbaycan neftinin dünya bazarlarına nəqlinə kömək edib, Bakı-Tbilisi-Ceyhanneft kəmərinə güclü siyasi dəstək verib, ABŞ şirkətləri burada öz maliyyələri və texnologiyaları ilə iştirak edib.

Bu sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur. Biz yeni neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyirik.

ABŞ neft-qaz sektoru, qeyri-neft sektoru, Yeni İpək Yolunun həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olub, bundan sonra da uzunmüddətli tərəfdaşı olaraq qalacaq".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений