Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“ABŞ de-fakto Dağlıq Qarabağ rejimini tanımır” - Səfilikdən açıqlama



"ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ de-fakto Dağlıq Qarabağ rejimini tanımır".

News12.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etiraz notasının təqdim olunmasına cavab olara yaydığı açıqlamada bildirib.

Səfirliyin məlumatında daha sonra qeyd edilib: "Birləşmiş Ştatlar ATƏT-in Mink qrupunun prosesini dəstəkləyir və münaqişənin Helsinki Yeku Aktı prinsipləri - Gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddaratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".

Xatırladaq ki, işğal altındakı Dağlıq Qarabağda separatçı rejimə başçılıq edən Bako Saakyanın  ABŞ Konqresinə dəvət olunması dünəndən başlayaraq Bakı ilə Ağ Ev arasında gərginliyi pik həddə çatdırıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений