Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“ABŞ Türkiyə və Azərbaycanın milli maraqlarına zərbə vurmaqla məşğuldur”- POLİTOLOQ



“Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin başçısı Bako Saakyanın ABŞ Konqrensində görüşlərinə görə rəsmi Vaşinqtona nota verməsi müsbət addımdır”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Vaşinqtonun bu siyasəti, separatizmə və işğala dəstək kimi qiymətləndirilməlidir: “Son illərdə ABŞ Türkiyə və Azərbaycanın milli maraqlarına zərbə vurmaqla məşğuldur. Türkiyədə terrorçu və separtçı PKK-YPG-ni dəstəkləyir, Azərbaycana qarşı terroru davam etdirəni Konqrensində qəbul edir. Dünyada demokratiya və təhlükəsizliyin qarantı olan bu ölkənin siyasəti göründüyü kimi heç də obyektivliyə söykənmir. Azərbaycan və Türkiyə ABŞ-la diplomatik əlaqələri inkişaf etdirib, xoşagəlməz halların qarşısını almalıdır”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений