Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Adam xaricilərin yanında utanır” - Deputat məsələ qaldırdı



““Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır”.

Bunu Milli Məclisin bu gün keçirlən növbədənkənar iclasında parlamentin  Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına da diqqət çəkib.

“Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu, onların emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений