Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Anar “Təhminə və Zaur” yazıbsa, bu, dədəmizin də bəsidir” – Aqşin Yenisey



“Sosial şəbəkələrdəki paylaşımlardan oxuyuram ki, gənc yazarlar Yazıçılar Birliyindən şikayətlənir, xalq isə etiraz edir ki, Yazıçılar Birliyi nə etməlidir, sizin əvəzinizə əsər yazmalıdır? Anar sizin əlinizi tutur? AYB büdcədən qidalanan təşkilatdır və belə çıxır, xalqın vergisi hesabına formalaşan büdcədən AYB-yə ona görə pul ayrılır ki, heç nə etməsin. Gəlin, xalqımızın bu qoçu Əsgər təfəkkürünü bir az genişləndirək”.

Cebhe.info xəbər verir ki, bu sözləri şair Aqşin Yenisey deyib. “Sumqayıt yolunda gündə bir qəza baş verir, rabitə və nəqliyyat naziri nə etməlidir? Gedib “Qazel” sürücüsünün yerinə tormoz basmalıdır? Canımız çıxsın, yavaş sürək də! Ölkəyə turist gəlməsi üçün Mədəniyyət və Turizm Nazirliyi nə etməlidir? Bir-bir xarici ölkə vətəndaşlarına dəvətnamə yazmalıdır ki, durmayın gəlin, bizdə yel əsib, qoz tökülüb?! Təhsil Nazirliyi nə etməlidir? Məktəb var, müəllim var, gedin oxuyun da! Səhiyyə naziri nə etməlidir, canımız çıxsın çimib kondinsionerin altında yatmayaq da! Başqa xalqlar vergi ödəyib ona görə büdcə yaradırlar ki, etmək istədikləri, amma edə bilmədikləri işləri dövlət öz qurumları vasitəsi ilə həyata keçirsin. Bizim xalq isə Anara büdcədən ona görə pul ayrılmasını istəyir ki, heç bir iş görməsin, “Təhminə və Zaur” yazıbsa, bu, dədəmizin də bəsidir. Büdcədən maliyyələşən bir təşkilat və onun sədri haqqında bu cür düşünən bir xalqın bir də “Biləcəridən o tərəfə çıxmaq” dərdi var. Anar özü deyib ki, kişi fahişəni qadın edəndir, yəni qüsurlunu mükəmmələ çevirəndir. Özü isə bir sədr kimi heç nə etməməklə bunun əksini edir və bizim xalq bunun üçün ona pul ödəyir”, - deyə Aqşin Yenisey qeyd edib. 

Mənsur 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений