Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Anbar üçün almamışıq ki...”: S-400-lər döyüş meydanına - PREZİDENT



“Əgər ehtiyac yaranarsa, Türkiyə Rusiyadan alınan S-400 zenit-raket komplekslərindən istifadə edəcək”.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, ölkəsi S-400-ləri sadəcə  anbara yığmaq üçün almayıb: “Ehtiyac yaransa, onlardan istifadə edəcəyik. Onlar müdafiə sistemləridir. Olarsız biz nə edə bilərik?  Yoxsa yenə ABŞ-a ümid bağlayaq?”, -deyə Ərdoğan vurğulayıb.

Ərdoğan  xatırladıb ki, ölkəsi müdafiə sistemini hələ bir neçə il əvvəl ABŞ-dan istəyib. Ancaq rəsmi Vaşinqton bu istəyin təmin olunmasına səy etməyib. “Rusiya isə Türkiyədən gələn tələbə cəlbedici təkliflə cavab verib”, -deyə Ərdoğan raketlərin alınmasını prosesindən danışıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений