Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Arsenal”ın Çempionlar Liqası arzusu 1 il təxirə düşür 



İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Arsenal” səfərdə “Nyukasl”la qarşılaşıb.

Hesabı Arsen Vengerin komandası açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. “Nyukasl” növbətiu dəqiqələrdə iki qol vuraraq matçdan qalib ayrılıb.

Bu, “Nyukasl”ın ardıcıl 4-cü qələbəsi olub.

Qeyd edək ki, “Arsenal” hazırda 54 xalla 6-cı pillədə qərarlaşıb və 4-cü pillədəki “Tottenhem”dən 13 xal geri düşüb. Bu isə onların Çempionlar Liqasına getmək şansının möcüzələrə qalması deməkdir.

“Nyukasl” – “Arsenal” - 2:1

Qollar: 29 - Perez, 68 – Ritçi // 14 - Lakazet

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений