Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azarkeşlər fərqli “Kəpəz” görəcəklər”



“Plan üzrə hazırlaşırıq, hər şey qaydasında gedir. Gündə iki dəfə ciddi şəkildə məşq edirik”.


Bu sözləri “Kəpəz”in əsas komandasının üzvü Ceyhun Cavadov klubun saytına açıqlamasında deyib. Yarımmüdafiəçi təlim-məşq toplanışını dəyərləndirib:

“Məşqlər ağırdı, çünki fiziki yöndə hazırlıq keçirik. Əslində başa düşüləndi. Belə hazırlaşmalıyıq ki, çempionatda bəhrəsini görək. Məşqçilər tərəfindən verilən tapşırıqların hamısını yerinə yetirməyə çalışırıq. Çox işləməliyik, bunu yaxşı başa düşürük. Məqsədimiz çempionata 100 faiz hazır olmaqdı”.

Topaz Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı Bakıda keçirən “Kəpəz”in heyətində xeyli dəyişikliklər var. 8 oyunçu ilə yolları ayıran “sarı-göylər” yeni futbolçularla güclənib. Transferlər hələ də davam edir. Bu məqama diqqət çəkən Ceyhun Cavadov komandaya yeni gələn oyunçuların daxili rəqabəti artıracağını düşünür:

“Heyətin güclənməsi istiqamətində işlər görülür, kollektivə yeni futbolçular qoşulur. Böyük rəqabət artıq hiss olunmaqdadı. Hər mövqeyə 2-3 oyunçu var. Heç kim arxayınlaşmamalıdı ki, əsas heyətdə yeri təmin olunub. Əksinə, tam ciddi formada məşq etmək lazımdı. Bu gedişlə çempionata tam hazır olacağıq və azarkeşlər fərqli “Kəpəz” görəcəklər”.  








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений