Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Mümkün qədər tez evə dönüş”- Tramp bunu istəyir



ABŞ yaxın zamanda Suriyadan öz hərbi personalını çıxarmaq istəyir.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatrı Ağ Evin mətbuat katibi Sara Sanders də təsdiqləyib. 

"ABŞ-ın Suriyadakı missiyası dəyişməz qalıb. Prezident açıq şəkildə bildirdi ki, Amerika qüvvələrinin mümkün qədər tez evə qayıtmasını istəyir",- deyə Sara Sanders vurğulayıb.

ABŞ-ın Suriyadakı missiyasının nə olduğuna gəlincə isə, S.Sanders "Bu, İŞİD terror təşkilatının tamamilə məhv edilməsi və onun qayıdışını əngəlləməkdir",- deyib.

Sara Sanders ümid etdiyini bildirib ki, regiondakı müttəfiq və tərəfdaşları üzərlərinə daha çox məsuliyyət götürəcəklər. 

“Bura həm maliyyə, həm də hərbi plandakı məsuliyyət daxildir, üstəlik regiondakı təhlükəsizliklə bağlı məsuliyyət də bölüşdürülməlidir"- Ağ Ev rəsmisi belə deyib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений