Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azəriqaz” limit söhbətini bağlamaq istəyir: Yayda bir vəd, qışda başqa söz- AÇIQLAMA 



Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır.

Bir müddətdə abonentin limitindən qalıbsa, 2018-ci ildə bundan istifadə edə biləcəyi ilə bağlı məlumat yayılmışdı.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi Cebhe.info-ya bildirmişdi ki, abonentə verilən limit başa çatmayıbsa, dəyəri 2017-ci ildə ödənilibsə, 2018-ci ildə verilən növbəti limitə əlavə olunacaq. Lakin bir neçə gündür ki, bu ildən qalan limitin gələn ildə silinəcəyi haqda məlumatlar yayılır.

Məsələyə bir daha aydınlıq gətirmək üçün İ.Kərbalayevlə əlaqə saxladıq. Dəfələrlə eyni sualı verərək builki limit qalığının gələn il istifadə oluna biləyəcəyini soruşduq. İ.Kərbalayev dəfələrlə verdiyimiz sualı yalnız bu formada cavablandırdı: “Tarif Şurasının qərarına heç bir əlavə və dəyişiklik olmayıb. Bu qərar yanvarın 1-dən qüvvəyə minib. Vətəndaş 1700 kub metr istifadə edibsə, 170 manatını ödəyibsə, növbəti il ərzində ödənişlərini edəcək. Növbəti ildə də bu abonentin 1700 kub metri 10, ondan artıq kub metrə görə ödənişi isə 20 qəpikdən hesablanacaq”. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений