Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azəriqaz” qazın həcmini artırdı



Ölkədə havanın soyuması ilə əlaqədar olaraq, bu gün “Azəriqaz” İstehsalat Birliyi abunəçilərə verilən təbii qazın həcmini ötən günlə müqayisədə 385 min kubmetr artırıb.

Bu barədə Report-a Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, bu gün qaz verilişinin həcmi 26,918 mln. kubmetr təşkil edib.

“Havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar olaraq, təbii qaza olan tələbat artıb. Bu gün qaz verilişinin həcmi ötən günlə müqayisədə 385 min kubmetr artıqdır. Tələbat artdıqca qazın verilişi də gündəlik olaraq artırılacaq. Hazırda ölkənin heç bir yerində hər hansı təmir işləri aparılmır, qəza halı yoxdur. Tələbata uyğun qazın verilişi təmin olunur”, - deyə İ.Kərbalayev qeyd edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений