Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Bağdadinin köpəkləri” qaçır, aralarında Azərbaycan vətəndaşları da var...



Suriyanın Raqqa şəhəri İŞİD terrorçularından azad ediləndə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri və kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri ilə əldə edilmiş anlaşma sayəsində 250-dən çox İŞİD terrorçusu və onların ailə üzvləri təhlükəsiz şəkildə evakuasiya olunub. Virtualaz.org xəbər verir ki, bu barədə BBC-nin araşdırmasında deyilir. Evakuasiya olunanların arasında Azərbaycan vətəndaşları olan İŞİD-çilər də var.

Bundan əvvəl elan edilmişdi ki, Raqqadan ancaq suriyalı İŞİD yaraqlılarının evakuasiyası razılaşdırılıb. Xarici ölkə vətəndaşları olan terrorçuların isə şəhərdən çıxmasına icazə verilməyib.

Lakin indi BBC-nin araşdırması üzə çıxarıb ki, Raqqadan köçürülənlər arasında nəinki xarici ölkə vətəndaşları olan İŞİD-çilər, habelə bu terror qruplaşmasının bir sıra yüksək rütbəli komandirləri də olub. Onlar Raqqadan çıxdıqdan sonra bir qismi Suriyanın digər səmtlərinə gedib, qalanları isə gizli yollarla Türkiyəyə keçib.

BBC İŞİD-çiləri Raqqadan çıxaran yük maşını şoferləri ilə söhbətləşib. Onlardan biri Əbu Feyzi deyib ki, oktyabrın 12-də Suriya Demokratik Qüvvələri onlardan Fırat çayı sahilindəki Tabka şəhərində müharibədən qaçan mülki sakinləri evakuasiya edib ölkənin şimalındakı düşərdəyə aparmalarını istəyib. Lakin yük maşınlarından ibarət karvan göstərilən yerə gedəndə sürücülər mülki şəxslər əvəzinə İŞİD döyüşçüləri, onlara aid tonlarla silah-sursatla rastlaşıblar. Sürücülərə tapşırıblar ki, əməliyyat barədə heç yerdə danışmasınlar və onlara minlərlə dollar söz veriblər.

“Raqqaya girən andan qorxmağa başladıq. Suriya Demokratik Qüvvələri bizi müşaiyət etməliydi, lakin təkbaşına girəsi olduq. Şəhərə girən kimi üzərlərinə bomba bağlamış  və silahlı İŞİD-çilərlə qarşılaşdıq. Maşınlarımıza da bomba bağladılar, hərəkət plan üzrə getməsəydi bütün karvanı havaya uçuracaqlardı. Arvadlarının və uşaqlarının da üzərinə bomba bağlamışdılar”-Əbu Feyzi danışıb.

“Aralarında çoxlu sayda xarici ölkə vətəndaşı var idi. Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Misir, Yəmən...”-bunu da İŞİD-çilərin daşınmasında iştirak edən digər sürücü deyib.

Sürücülərin bildirdiyinə görə, karvan 50 yük maşınından, 13 avtobusdan və İŞİD-çilərin özlərinə məxsus olan çoxsaylı minik avtomobillərindən ibarət olub. Anlaşmaya görə kürdlər İŞİD-çilərin Raqqadan qaçmasının görüntülərini çəkməməliydi və müxbirlər şəhərə yaxın buraxılmamalıydı. Lakin hər halda bəzi kürd döyüşçülər bu səhnələri mobil telefonlara çəkib. Belə kadrlardan birini BBC əldə edib. Orada İŞİD-çilərlə dolu yük maşınlarının Raqqa xarabalıqlarını necə tərk etdiyi görünür. Kadr arxasından kimsə şərh verir: “Bağdadinin köpəkləri Raqqadan belə qaçır...”

Araşdırmada o da deyilir ki, Suriyadan qaçan yüzlərlə İŞİD-çi insan qaçaqmalçılarının əliylə Türkiyəyə keçib və orada yerləşib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений