Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bakcell” Yeni il ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırıb



Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti Yeni il ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinə qatılıb.

Bu barədə Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə aksiya təşkil olunub.

Məlumata görə, aksiyanın əsas məqsədi bayram ərəfəsində uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bu münasibətlə “Bakcell” şirkətinin nümayəndələri və “ASAN Könüllülər”inin iştirakı ilə 50 uşağa məktəb çantası və digər məktəb ləvazimatları hədiyyə edilib.

"Artıq 2 ildən çoxdur ki, “Bakcell” “Uşaqlara ASAN sevgi” şüarı altında həssas qruplara aid uşaqlara sevinc bəxş etmək məqsədilə həyata keçirilən “ASAN Məktub” layihəsinə dəstək göstərir. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Layihənin mobil rabitə dəstəyi də "Bakcell" şirkəti tərəfindən təmin edilir. Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan "Bakcell" şirkəti, uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün vaxtaşırı “ASAN Məktub” layihəsinə dəstək göstərir” – Şirkətin açıqlamasında deyilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений