Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“BakuBus” MMC vətəndaşlara çağırış etdi



Görüşdə vətəndaşlar “BakuBus” MMC-yə edilən müraciətlər əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumatlandırılıb. Həmçinin, onların fikir və təklifləri dinlənilib. 

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Qabil Babayev yayıb. Məlumatda qeyd olunur ki, bu cür görüşlər hər ay olmaqla “BakuBus” MMC-yə “Qaynar xətt”, elektron poçt və sosial şəbəkələr vasitəsilə müraciət edən, eləcə də “BakuBus” MMC ilə əlaqədar şikayət və təkliflərini Bakı Nəqliyyat Agentliyinə bildirən vətəndaşlarla görüş təşkil olunur. 

Belə ki, “BakuBus” MMC ilə bağlı daxil olan bütün müraciətlər qeydə alınır, araşdırma tələb edənlər nəzarətə götürülür. Araşdırma başa çatdıqdan sonra isə vətəndaşlar nəticə və həyata keçirilən tədbirlərlə tanış olmaq, həmçinin, fikir və təkliflərini bildirmək üçün “BakuBus” MMC-yə dəvət olunurlar. 

Onu da qeyd edək ki, müraciətləri əsasında araşdırma aparılsa da, vətəndaşların əksəriyyəti nəticə və görülən tədbirlər barədə məlumat almaq, eləcə də fikir və təkliflərini bildirmək üçün “BakuBus” MMC-yə gəlmək istəmədiklərini və ya artıq şikayətçi olmadıqlarını bildirirlər. 

“BakuBus” MMC müraciəti əsasında araşdırma aparılan və dəvət alan bütün vətəndaşları müvafiq görüşlərdə iştirak etməyə çağırır.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений