Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bitcoin” 200 nəfəri varlandırır - AZƏRBAYCANDA



Kriptovalyutalar, xüsusilə “Bitcoin” (Bitkoin) 2017-ci ildə dəfələrlə bahalaşdı. İlin əvvəlində 880 ABŞ dollarına 1 “Bitcoin” almaq olurdusa, dekabrda qiymət 20000 min dollara yaxın bahalaşmışdı. 

Cebhe.info xəbər verir ki, hazırda "Bitcoin"in qiyməti 13,737 dollardır.

"Bitcoin" sürətlə bahalaşdan sonra Azərbaycanda da kriptovalyuta bazarına maraq artıb. Təxminən 200-ə yaxın adam var ki, mütəmadi olaraq "Bitcoin" və digər "altcoin"lərin ("alternativ koin" - digər kripto pul vahidlərinə verilən ümumi ad - M.H.) alınıb-satılması ilə məşğul olur. Ənənəyə uyğun, bu sahədə də azərbaycanlılardan milyonçuların olması barədə məlumatlar gizlidir. 

Xarici mətbuatda yayılan xəbərlərə görə, 2018-ci ildə digər kriptovalyutalarda da yüksək artım gözlənilir. Yayılan xəbərlərdən birində, "Tron" adlı kriptovalyutanın qurusunu Castin Sanın Çinin məşhur alış-veriş saytı alibaba.com-un sahibi Cek Ma ilə şəxsi münasibətləri və Cek Manın kripto pullarla maraqlanması əsas gətirilərək, yaxın zamanlarda məşhur alış-veriş saytında "Tron"la alqı-satqının mümkün olacağı ehtimal edilir. Bunun isə öz növbəsində "Tron"un qiymətinin artmasına səbəb olacağı gözlənilir. 

Xatırladaq ki, hal-hazırda dünyanın müxtəlif yerlərində bəzi şirkətlər kripto pul vahidləri ilə ticarət həyata keçirir. Bəzi iddialara görə, "Mercedes", "BMW" kimi böyük şirkətlər də "Bitcoin"lə satış aparacaq. Ancaq görünən odur ki, bunlar hələlik şayiədir. 

Məcid Həsənli
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений