Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Biz indi Suriyanı vurduq, ya get , ya qal”: Trampdan Çin liderinə QORXU DOLU XƏBƏRDARLIQ



“Suriyaya 2017-ci ilin aprelindəki zərbə Çinə xəbərdarlıq idi”.

Cebhe.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. 

O qeyd edib ki, zərbələrin endirilməsi Çin lideri Si Tzinpinlə görüş gününə təsadüf edib. 

Florida ştatındakı iqamətgahda keçirilən görüşdə Tramp Çin liderinə Suriyaya olan hava hücumu barədə məlumat verib: "Mən ona dedim ki, biz indicə Suriyaya 58 raket atdıq. O isə tərcüməçidən bunu bir daha tərcümə etməyi xahiş etdi. Mən təkrarladım və bildirdim ki, buraxılan hər raket 700 mil hədəfi vurur". 

Bundan sonra Tramp Çin liderinə ya getməyi, ya da görüşü davam etdirməyi təklif edib: "Mən dedim ki, əgər istəsə, o, görüşü tərk edə bilər, ya da biz dost olarıq. Amma o, bunu etmədi, yəni getmədi. Hər eyi başa düşdü.". 

Xatırladaq ki, söhbət 7 apreldə Suriyaya atılan 5- "Tomoqavk" raketindən gedir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений