Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Cəmiyyət qadına zəif varlıq kimi baxır” - MÜSAHİBƏ



Qadınların hüquqlarının pozulması dünyanı narahat edən əsas problemlərdən biridir.

Bu problemlər Azərbaycan qadınlarından da yan keçmir. Bu sahədə yaranan problemlərlə bağlı “Demokratiya və Qadın Hüquqları İnstitutu” İctimai Birliyinin sədri Xuraman Bağırova ilə söhbətləşdik.

-Xuraman xanım, bu gün qadınların hüquqları daha çox hansı sahədə pozulur?

-Əslində hüquqların pozulmasını hansısa sahəyə aid etmək doğru deyil. Bu gün bütün sahələrdə, xüsusilə də cəmiyyətdə bu problemlər daha qabarıq şəkildə görünür. Təəssüf ki, bu gün cəmiyyət qadına zərif yox, zəif varlıq kimi baxır. Ancaq bu doğru deyil. Cəmiyyətdə çox güclü qadınlar var. Bunu hər kəs bilir. Hüquqların pozulmasına gəlincə isə bu təkcə qadınlarla bağlı məsələ deyil. Ümumiyyətlə, vətəndaşların hüquqlarının qorunmasında ciddi problemlər var. Bu problemin aradan qaldırılması üçün hökumət məsuliyyət daşıyır. Hökumət bilməlidir ki, ölkədə vətəndaşın hüquqları pozulursa, bu ilk növbədə inkişafa təsir edir. Digər tərəfdən, bunun məsuliyyəti bir az da vətəndaşların üzərinə düşür. Məlumdur ki, vətəndaşların böyük əksəriyyəti öz hüquqlarını bilmir. Hüquqlarını bilməyən vətəndaş isə onu qoruya bilməz. Hesab edirəm ki, ilk növbədə geniş maarifləndirmə, təbliğat, təşviqat işləri aparılmalıdır. Hər kəs öz hüququnu bilərsə, heç kimin də hüququ pozulmaz. Burada azad məhkəmələrin olması da vacib şərtdir. İnsanlar bilməlidir ki, əgər onun hüququ pozulursa, o, məhkəmədə öz hüququnu qoruya biləcək. Təəssüf ki, bu gün cəmiyyətdə məhkəmələrə inam o, qədər də güclü deyil.

-Təşkilat olaraq bu istiqamətdə hansı işləri görürsüz?

-Düşünürəm ki, biz bu günə qədər çox işlər görmüşük. Amma təbii ki, bu kifayət etmir. Əgər cəmiyyətdə hüquq və azadlıqlar pozulursa, demokratiya tam olaraq təmin olunmayıbsa, demək ki, hələ də görüləcək çox işlər var. Bütün hallarda fəaliyyətimizi davam etdiririk. Hesab edirəm ki, yalnız bu sahəyə aid olanlar yox, bütün ictimai təşkilatlar bu problemin həlli üçün çalışarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür. Ümumi mənzərəyə nəzər salsaq, paytaxtda vəziyyət regionlara nisbətən qənaətbəxşdir. Bu baxımdan regionlarda fəaliyyətin genişləndirilməsinə daha çox ehtiyac var. Digər tərəfdən, regionlarda insanların 95 faizdən çoxu öz hüquqlarını bilmir. Bu isə çox ciddi problemlərin olduğunu göstərən əsas amildir. Hesab edirəm ki, bu yöndə dövlət proqramları qəbul edilsə, daha yaxşı olar. İctimai resurslarla ancaq bir yerə qədər fəaliyyət göstərmək mümkündür.

“Cümhuriyət”








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений