Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Cücələr şəhəri”: Cırtdanlar yaşayan evlərdən FOTOLAR



İranın Makhunik kəndinin sakinləri qısa boyları ilə tanınır. 100 il əvvələ qədər burada yaşayan insanların boyu 1 metr olub. 

Cebhe.info xəbər verir ki, kənd İranın şimal-şərqində 1500 il əvvəl salınıb. Əfqan sərhədindən 75 km məsafədə yerləşir. 100 il əvvəl burada yaşayan insanların boyu 1 metr olub ki, bu da orta rəqəmdən 50 sm azdır.

2005-ci ildə bölgədə 25 sm uzunluqda mumiyalanmış cəsəd tapılıb. Buna görə də ərazi bir zamanlar mövcud olan "Cücələr şəhəri"ni yenidən gündəmə gətirib.

Mütəxəssislər mumiyanın 400 il əvvəl ölmüş uşağa məxsus olduğunu açıqlasa da, bir zamanlar kənddə yaşayanların cırtdan olması fikir qalmaqda davam edir. Bu bölgədə heyvandarlıq yoxdur, ancaq turp, taxıl və arpa əkilir. Kəndin maraqlı adətlərindən biri də İran mətbəxində xüsusi yeri olan çaya münasibət olub. Kənd sakinləri çay içmir. Ərazidə arxeoloji qazıntılar aparan mütəxəssislər bildirir ki, əvəllər burda ancaq narkotik istifadəçiləri çay içib. 

Hazırda kənddə yaşayan 700 sakindən çoxu normal boya sahib olsa da, aralarında qısaboylular da az deyil. Qədim kənddəki 200 daş evin 80 faizində evlərin tavanı çox alçaqdır və bu, sakinlərin qısaboylu olduğunu təsdiqləyir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений