Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Cümhuriyyət Türkmənçay müqaviləsindən sonra yaranan mühitin yekunudur”- Deputat



“Türkmənçay müqaviləsinin bağlanmasından 190 il keçir. Bu müqavilə ilə Rusiya imperiyası öz işğalçılıq siyasəti nəticəsində indi bizim yaşadığımız Azərbaycan dövlətinin tarixi ərazisini ələ keçirib, müstəqil xanlıqların mövcudluğuna son qoyub”. 

Cebhe.info xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, bu işğal nəticəsində İrandan və Osmanlı Türkiyəsindən ermənilərin tarixi torpaqlarımıza kütləvi şəkildə köçürülməsi gerçəkləşdirilib: 

“Yəni özlüyündən kədərli bir tarixdir, çünki dili, dini, əxlaqı yad ünsürlərin diqtə etdiyi yeni həyat şərtlərinə alışma prosesində çoxlu itkilərimiz olub. Bununla yanaşı, bu tarix həm də Azərbaycan türklərinin bir qismi üçün yeni üfüqlərin açılış tarixidir. Türkmənçay müqaviləsinin xalqımızın tarixində ən böyük faydası bizi İran-Səfəvi bataqlığından qopararaq yeni dünyaya inteqrasiyamız üçün bir milad rolunu oynamasıdır. Artıq Səfəvi-Qacar mollaxanasından Qori Müəllimlər Seminariyasına doğru yürüyən bir xalqın quzeydəki hissəsi ilə güneydəki hissəsi arasında intellektual və mədəni fərq 70-80 il sonra özünü bariz şəkildə göstəmiş oldu.

Quzeydəki azlıq məhz Avropa və Rusiya təhsilinin hesabına yetişən məzunların fədakarlığı ilə ilk fürsətdə müstəqil parlamentli Cümhuriyyət qura bildilər. Bu gün 100 illiyini qeyd etdiyimiz həmin Cümhuriyyət də məhz Türkmənçay müqaviləsindən sonra yaranan mühitin yekunu kimi dəyərləndirilməlidir. Bəzən bu cür işğall hadisəsi bir xalqın yenidən dirilişinə vəsilə ola bilir. Güneydə yaşayan soydaşlarımız isə hələ bu gün də ana dilində yazıb-oxumaq tələbindən o tərəfə getmək imkanına sahib deyillər. Halbuki, bir çox məqamlarda oradakı insanların sayı daha çox, aktivlik əmsalları bizdən daha da üstün olub. Ona görə də tarixi yenidən dəyərləndirib obyektiv təftiş edəndə, heç bir hadisəyə otuz-qırx il öncəki kimi yanlış mühakimə ilə yanaşmayacaqsınız”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений