Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Dəmirbank” nəyin qurbanı oldu?



Lisenziyası əlindən alınan "Dəmirbank" 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıbmış.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

İqtisadçı bildirib ki, 9 ayın yekunlarına görə, bankın fəaliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub:

“Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı öhdəliklərinin 10 faizdən bir az çoxdur. Bu bankın fəaliyyətinə göz atanda maraqlı faktlara diqqət çəkdim. Təqdim etdiyi məlumatlardan aydın olur ki, "Dəmirbank" ölkənin ən uzunömürlü banklarından biridir. Yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir.

Rəqəmlərdən görsənir ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73 faiz artaraq 589 milyona çatsa da, son 2 ildə 30 faizə yaxın azalmaqla 429 milyon manata enib”.

Rövşən Ağayev qeyd edib ki, böyük neft pulları dövründə - bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank əsasən istehlak kreditləşməsinə üstünlük verib:

“2015-ci ilin yekunlarına görə bankın 428 milyon manatlıq kredit portfelinin 63.3 faizini (270 milyon manat) istehlak kreditləri təşkil edib. Azərbaycan bankları ölkədə rəqabətli bank sektorunun, bank sektorunu ayaqda saxlayan rəqabətli və inkişafda olan real sektorun, bir də risk menecmentinin yoxluğunun qurbanlarıdırlar. Ayaqda olan, inkişaf görüntüsü yaradan 1-2 bank isə məhz dövlət resurslarının, bu bankların arxasında duran iqtisadi qrupların iqtisadiyyatda resurlar üzərində sahib olduqları hökmran gücün sayəsində ayaqdadırlar”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений